Biznesmen 8 milyon dollara avtomobil nömrəsi aldı


22:59     20 Noyabr 2016 Dollar-pul-655x360.jpg

Birləşmiş Ərəb Əmirliyindən olan biznesmen Əbu-Dabidə keçirilən auksionda avtomobilinə "1" qeydiyyat nömrəsi almaq üçün 8.45 milyon dollar pul ödəyib.


Femida.az musavat.com-a istinadən xəbər verir ki, 32 yaşlı biznesmen Abdulla əl-Məhri "Mən bu nömrə üçün istənilən məbləği ödəməyə hazır idim" - deyə ona yönəldilən sualı cavablandırıb.

Auksionda ümumilikdə 26.9 milyon dollar dəyərində nömrələr satılıb. BƏƏ-dən olan daha iki biznesmen "7" və "50" nömrələri üçün 3.65 və 1.85 milyon dollar ödəyiblər.

Açar sözlər:

Oxunub: 4579