Şeyx Düşənbəyə gedib


14:08     21 İyul 2015 seyx%20qurban9.JPG

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistan paytaxtı Düşənbə şəhərinə səfərə yola düşüb.


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, səfərdə məqsəd 22-23 iyul tarixlərində Düşənbədə keçiriləcək «İslam dini ekstremizm və terrorizmə qarşıdır» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.

Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.

Açar sözlər:

Oxunub: 812