Türkiyə səfirliyinə hücum edildi


16:04     21 İyul 2015 357991.jpg

Ötən gün Şanlıurfada törədilən terror aktına etiraz edən bir qrup Türkiyənin Hollandiyadakı səfirliyi binasına hücum edib.


Femida.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, etirazçılar polisin nəzarət etdiyi təhlükəsizlik divarını belə aşa biliblər.

Hollandiyanın Malieveld meydanında toplanan nümayişçilər polislə də toqquşublar. Müxtəlif şüarlar səsləndirən nümayişçilər Türkiyə səfirliyi binasının əsas giriş hissəsinə daş atıblar. Hücum zamanı səfirlik binasının üç pəncərəsinin şüşəsi sındırılıb.

Açar sözlər:

Oxunub: 1111