Artıq çəkili insanlarda ağlını itirmə riski daha azdır


19:11     22 Aprel 2015 kok.jpg

Femida.az xəbər verir ki, Britaniya alimlərinin tədqiqatları nəticəsində artıq çəkinin bir növ qocalıq ağıl zəifliyindən "sığortalanma" olduğu müəyyən edilib.

Tədqiqat nəticələri həmin alimləri heyrətə gətirib: nəticələr Dünya Səhiyyə Təşkilatının bu xəstəliyə dair tövsiyələrinin ziddinədir.

Mövcud tövsiyələr əsasən siqaret çəkməkdən imtina, balanslı pəhriz və sağlam həyat tərzi kimi məsləhətlərdir.

Lakin Lancet Diabetes & Endocrinology jurnalında dərc olunmuş tədqiqatların nəticələri çəki çatışmazlığı olan insanların yaddaşsızlığa daha çox meyilli olduqlarını göstərir. Artıq çəki isə bu xəstəliyin inkişaf təhlükəsini azaldır.

Qocalıqda bəzi insanlarda yaranan ağıl zəifliyi bu gün aktual hesab olunan xəstəliklərdən biridir.

Ehtimal olunur ki, 2050-ci ilə qədər bu xəstəliyin diaqnozu qoyulmuş pasientlərin sayı ikiqat artıb 135 milyon nəfərə çatacaq.

Bu gün bu xəstəliyin heç bir müalicəsi yoxdur və həkimlərin yeganə məsləhəti sağlam həyat tərzinə riayət etməkdir.
Bu isə, tədqiqatların göstərdiyi kimi, konkret bu xəstəliklə mübarizə üçün səhv ola bilər.

Nə qədər kök olsan, o qədər də yaxşıdır?

Oxon Epidemiology və London Gigiyena və Tropik Tibb Məktəbinin bir qrup tədqiqatçıları təxminən iyirmi il müddətində orta hesabla 55 yaşında 2 milyona yaxın adamların tibbi qeydlərini araşdırıblar.

Ən sadə hesablamaya görə, normal çəkili insanlarla müqayisədə çəki çatışmazlığı olan insanların qocalıq ağıl zəifliyinə meyilliliyi 39 faiz artıqdır.

Maraqlıdır ki, xəstəliyin inkişaf etməsi təhlükəsi artıq çəkisi olan insanlarda 18 faiz, piylənməkdən əziyyət çəkənlərdə 24 faiz aşağıdır.

"Bəli, bu, sürprizdir", - alimlər qrupunun rəhbəri doktor Nəvvab Qızılbaş deyib.

Alimin sözlərinə görə, tədqiqatın mübahisəli nəticəsi o olub ki, dolğun və artıq çəkisi olan insanların demensiya xəstəliyinə tutulmaq ehtimalı çəkisi normal hüdudlarda olan və sağlam həyat tərzilə yaşayan insanlardan azdır.

"Bu nəticələr indiyə qədər aparılan bütün tədqiqatlara ziddir, lakin bizim tədqiqatlar miqyası və hesablamalarının dəqiqliyinə görə bütün əvvəlki tədqiqatların hamısından üstündür", - doktor Nəvvab Qızılbaş deyib.

Eyni zamanda skeptiklər araşdırmalarda qocalıq ağıl zəifliyi xəstəliyinə gətirən faktların çatışmadığını qeyd edirlər. Alimlərin əvvəlki qənaətlərinə görə, D və E vitaminlərinin qəbulu xəstəliyin inkişafı riskini xeyli azaldır.

Femida.az

Açar sözlər:

Oxunub: 1194