Azərbaycanda QHT sədri tutuldu


20:12     21 İyul 2015 4cfee6a09aa63b3d7d8ce675a0a18c76f4a4ecc2.jpg

Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsindən Femida.az - a verilən xəbərə görə, yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

Əliyev İlqar Talışxan oğlu izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1169