Tarixin ən qəddar 10 cinayətkar qadını


15:37     29 May 2018 2018/05/22222222222_1527583565.jpg

Adətən dünyadakı böyük cinayətləri törətmiş insanların siyahısında əksəriyyət kişilərdən ibarət olur. Bu siyahıda isə biz sizə dünyanın ən dəhşətli cinayətlərini törətmiş on qadın haqda məlumat verəcəyik.


Femida.az həmin qadınlar haqqında məlumatları təqdim edir:

10) Kraliça Mari -(1516-1558)



Tüdorlar sülaləsinin nümayəndələrindən biri olan kraliça Mari İngiltərədə protestanlıqdan katolikliyə keçidi zor gücü ilə reallaşdırmağa çalışan biri kimi yadda qalıb. İngiltərə tarixində "Marinin zülm dövrü" kimi adlandırılan zaman kəsimində xeyli insan protestant olduqları üçün edam edilib və bu edamlar Mariyə "Qanlı Mari" ləqəbini qazandırıb. İngiltərənin ən zəngin 800 insanı onun dövründə ölkəni tərk edib və yalnız ölümündən sonra geri dönə biliblər. 5 il hakimiyyət sürən Mari 1558-ci ildə xərçəngdən ölüb. Ondan sonra taxta çıxan birinci Elizabet ölkəni yenidən protestanlığa qaytarıb.

9) Mira Hayndl (1942-2002)



1960-cı illərin ortalarında törətdiyi cinayətlərə görə İngiltərənin nifrətini qazanmış qadın. Sevgilisi Len Bredi ilə birlikdə uşaq oğurluğu cinayətləri törətməklə bərabər, biri 16, digəri 17 yaşında olan gənclərə işgəncə verib. 12 yaşından aşağı uşaqların zorlanması, işgəncə verilməsi onun törətdiyi cinayətlər sırasındadır.
Cütlük ilk qətlini 1963-cü ildə törədib. Daha sonra isə qurbanlarının sayını artırıblar. 36 il həbs cəzasına məhkum edilən Mira 2002-ci ildə, 60 yaşında ölüb. Adı ölkəsində hələ də nifrətlə anılmaqdadır.

8) Birinci İzabella (1451-1504)



İspaniya inkvizasiya tarixinin ən qanlı simalarından biri olan kraliça İzabella həm də məşhur səyyah Xristofor Kolumbun hamisi sayılırdı.
O, 31 mart 1492-ci ildə yəhudilərin və müsəlmanların məcburi köçünü nəzərdə tutan "Əlhamra qərarnaməsi"ni qəbul edib. Buna görə təxminən 200 min insan İspaniyadan qovulub, qovulmayanlar isə dinini dəyişdirməli olub. Lakin buna qədər daha çox sayda insan kraliçanın əmri ilə edam edilmişdi.

7) Bevelli Alit (1968)



"Ölüm mələyi" ləqəbli Bevelli İngiltərənin ən çox tanınan qatillərindən biridir. Tibb bacısı olaraq bir xəstəxanada çalışan Alit 4 uşağı öldürmək və 3-nü yaralamaq ittihamı ilə həbs olunub. O, imkan tapdıqca uşaqlara insulin və ya potasium vuraraq infarkta səbəb olur, buna imkan olmadıqda öz niyyətini onları boğmaqla həyata keçirirdi.

Cinayətləri nə üçün törətdiyi haqda heç bir sualı cavablamayan Alitin davranışları Munhauzen Proksi sindromu ilə əlaqələndirildi. Bu sindorumun göründüyü insanlar diqqət çəkmək üçün adətən öhdəliklərində olan insanlara fiziki zərərlər yetirirlər.

6) Bella Qunnes (1859-1931)



Amerikanın tanınmış qatillərindən olan Norveç mənşəli bu qadın iki ərini, onlardan olan uşaqlarını, sevgililərini öldürüb və heç bir zaman tutulmayıb. Cinayətlərinin səbəbi çox bəsit idi, qurbanlarının sağlıq sığortaları, mal-mülkləri, qiymətli əşyaları və onun etdiyi cinayətlərə şahid olmaları. Bella qəzetə evlilik elanı verir və ər namizədlərini adətən zəhərləmək yolu ilə öldürürdü. Rəsmi və qeyri-rəsmi məlumatlara görə, onun 10 il içində öldürdüyü adamların sayı 100-dən çox olub.

5) Mari Ann Kotton (1832-1873)



Qunnesdən 30 il öncə yaşamış bir qatil. 20 yaşında Uilyam Movbrayla evlənən Mari ailəsi ilə birlikdə Devona köçür. Beş uşağından dördü mədə ağrısı ilə vəfat edir. Ardından şimala köçən Mari dünyaya üç uşaq da gətirir, əri isə 1865-ci ildə bağırsaq ağrısından ölür. Buna görə Mari həyat sığortası şirkətindən 35 min funt qazanır. Daha sonrakı əri və uşaqları da eyni xəstəlikdən öləndən sonra yerli mətbuat Marinin izinə düşür və məlum olur ki, Mari tez-tez yer dəyişir və üç əri, bir sevgilisi, bir dostu və 12 uşağı eyni xəstəlikdən ölüb.

Mari həbs edilir və 1873-cü ildə arsen işlətmə cinayət törətmə ittihamı ilə edama məhkum olunur. Ona qarşı nifrət o qədər güclü olub ki, hətta tarixə "Qara dul" ləqəbi ilə keçən bu qatilin cəlladı qadına duyduğu nifrətdən dolayı onun ölümünü tezləşdirmək üçün verilməsi gərəkən damlanı verməyib və o əzab içində ölüb.

4) İlse Koç (1906-1967)



"Buhenvald ifritəsi" ləqəbli qatil. O 1937-1941-ci illərdə Buhenvaldın və 1941-43-cü illər arası isə Majdenak ölüm düşərgələrinin rəisi işləmiş Karl Koçun arvadı olub. İlse əlində olan sonsuz imkanlardan yararlanaraq məhkumlara qarşı sadist əməllər törədib. O öldürdüyü əsirlərin bədənlərindəki döymələri kəsib saxlayırdı. Müharibədən sonra həbs olunub. 135 insanın ölümünə səbəb olan İlse 1967-ci ildə həbsxanada özünü öldürür.

3) İrma Qris (1923-1945)



Digər nasist təfəkkürlü bu qadın isə Ravensbrük, Osvensim və Belsen-Bergen ölüm düşərgələrində çalışıb. Osvensimə göndəriləndən az sonra düşərgədə ən böyük ikinci qadın məmur olub. Onun öhdəliyində 30 min yəhudi qadın var idi. İrma yarıac köpəkləri qadınların üzərinə buraxdırır, onları cinsi zorakılıqlara məruz qoyur, qaz kameraları üçün məhkumlar seçirdi. Əsirlərə fiziki və pisxoloji təzyiq etməkdən xoşlanan İrma gözəlliyindən dolayı "Ölüm mələyi" ləqəbini qazanıb. O, 1945-ci ildə birlikdə mühakimə olunduğu 11 nəfərlə birlikdə asılıb.

2) Katerina Knayt (1956)



Ömürlük həbsə məhkum edilən ilk avstraliyalı qadın olaraq tarixə düşüb. O 2001-ci ildə boşanma məhkəmələri hələ də davam edən ərini ön və arxa hissədən 37 dəfə bıçaqlayıb, sonra isə dərisini soyaraq otaqdan asıb. Bununla kifayətlənməyən qadın onun ətini doğrayaraq soyuducuya yerləşdirib və ondan uşaqları üçün yemək hazırlamaq istəyib. Lakin polisin hadisədən xəbər tutması ona əngəl olub. 2006-cı ilə qədər davam edən məhkəmədən sonra ona ölüm hökmü verilib.

1) Elizabet Batori (1560-1614)



Macarıstan və dünya tarixinin ən dəhşətli qatillərindən biri. Elizabet Batori Sejte qəsrində yaşayan bir zadəgan idi. O, yoxsul ailələrdən olan qızları yaxşı maaşlı iş təklifi ilə qəsrinə gətizdirir və sonra bu qızlardan heç birindən xəbər alınmırdı. Qurbanlarını uzun müddət döyür, işgəncə verir və onların ölümünü izləməkdən həzz alırdı. O, 1585 və 1610-cu illər arasında ən az 650 qadını işgəncədən keçirib öldürmüşdü. Törətdikləri əməllər ortaya çıxandan sonra elə öz qəsrinə həbs edildi. O, yemək verilmək üçün yalnızca balaca bir dəliyi olan otağa salındı və üç il sonra aclıqdan öldü.

Təsdiqlənməyən rəvayətlərə görə, o həm də öldürdüyü qadınların qanlarında çimməyin onu cavan saxladığını düşünür və tez-tez bu cür vanna qəbul edirmiş.

Femida.az

Açar sözlər: #Qadın   #Cinayət   #Həbs   #Qatil  

Oxunub: 5241