Bibisinin evindən 50 min oğurladı


16:34     26 Noyabr 2016 1472043484_463017.jpg

Şirvan sakini dostu ilə birgə bibisinin evindən 50 min manat dəyərində oğurluq edib.


Şirvan şəhər sakini Musayeva Sahibə Müzəffər qızının yaşadığı ünvandan oğurluq edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan sakinləri, 1996-cı il təvəllüdlü Musayev Çoşqun Firuz oğlu (ev sahibinin qardaşı oğlu) və 1997-ci il təvəllüdlü Məmmədov İsmayıl Əflan oğlu saxlanılıb. Məlum olub ki, Ç. Musayev dostu ilə əlbir olaraq bibisinin mənzilinin qapısını dəmir alətlərin köməyi ilə sındırıb. Mənzilə daxil olan dostlar oradan 38700 manat dəyərində qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon, 6000 ABŞ dolları və 9500 manat pul oğurlayıb. İstintaq oğurlanan qızıl-zinət əşyalarının bir qismini Bakı şəhərində aşkar edərək geri qaytarıb. Bir qisim əşyalarıın isə satıldığı deyilir.

Hər iki şəxs barəsində Şirvan şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Şirvan polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1340