Güclü daşqın 14 can aldı


03:35     22 İyul 2015 can.jpg

Pakistanın Xeybər-Paxtunxva vilayətinin Çitral dairəsində güclü daşqın baş verib. Femida.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 14 nəfər ölüb.


Rəsmi dairələrdən verilən açıqlamada ölənlərin sayının artacağı istisna edilmir.

Daşqından ən azı 200 min pakistanlı ziyan görüb. Təbii fəlakət regionda iyulun ortalarından avqustun sonunadək davam edən musson yağışları mövsümündə baş verib.

Açar sözlər:

Oxunub: 1087