Donald Tuskun rəsmi qarşılanma mərasimi - FOTOLAR


16:18     22 İyul 2015 showpic_el1006.jpg

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub.


Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verdi.

Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Xatırladaq ki, Bakıdan öncə Aİ Şurasının rəhbəri Donald Tusk Ermənistanda olub. Tusk Ermənistan prezidenti Serj Sarkisyan ilə keçirdiyi birgə brifinqdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi daxil olmaqla beynəlxalq siyasətə dair bir çox məsələləri müzakirə ediblər. “Dağlıq Qarabağ münaqişəsi narahatlıq yaratmaqda davam edir və bu səbəbdən Aİ həmişə Ermənistan və Azərbaycan arasında barışığa nail olunmasına və dialoqun bərpa edilməsinə yönəlmiş səyləri dəstəkləyir”, deyə Tusk əlavə edib.









Açar sözlər:

Oxunub: 749