Azərbaycanda homoseksuallar QİÇS-ə yoluxub - TƏHLÜKƏ


15:27     30 Noyabr 2016 homoseksuual.jpg

Bütün dünyada olduğu kimi, Azərbaycanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir.


Femida.az xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilat şöbəsinin müdiri Eldəniz Muradov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov əlavə edib ki, 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfərinin (3,0%) isə əcnəbi olduğunu deyən şöbə müdiri vurğulayıb ki, qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır: “Ümumilikdə 2016-cı ilin bu gününə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib”.

Şöbə müdiri əlavə edib ki, ötən il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib: “Son 20 ildə tətbiq edilən antiretrovirus terapiyaya (ART) hazırda 3418 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub”.

Femida.az

Açar sözlər:

Oxunub: 2324