Şəhid övladlarına verilən müavinət artırılıb


18:02     01 Dekabr 2016 manat_valyuta_0054.jpg

“2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artım proqnozlaşdırılır. Şəhid olanların uşaqlarına verilən müavinətlər isə 2.9 faiz artırılıb”


Femida.az xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı birgə komitələrin iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədrinin sözlərinə görə, bütün bunlar dövlət başçısının vətəndaşlara qayğısı və onlara göstərilən xüsusi diqqətin göstəricisidir:

“Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə 1.8 faiz artıq vəsait ayrılıb ki, bu da təqribən 2 milyard 53 milyon manat təşkil edir. Gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqıların artırılması üçün 2017-ci ilin büdcəsində 436 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Femida.az

Açar sözlər:

Oxunub: 2615