TÜRKSOY mədəniyyət nazirləri Şəkidə


23:07     01 Dekabr 2016 1480590020Turksoydaimisurasinin34cutoplantsiSeki(9)4.JPG

Bu gün Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.


Femida.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında Heydər Əliyevin abidəsini ziyarət ediblər.

“Marxal” müalicə-istirahət kompleksində keçirilən toplantıda qonaqlar AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair nəşrlərindən ibarət sərgiyə baxıblar.

Toplantının gündəliyinə Daimi Şuranın ötən ilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil edilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1045