7 ermənini öldürən Permyakovdan yeni xəbər


20:01     22 İyul 2015 309b0dcb7d02.jpg

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun işi ilə bağlı məhkəmə prosesi avqustun 10-dək başlayacaq.


Femida.az-ın məlumatına görə, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində 7 nəfərlik ailəni qəddarlıqla öldürüb. Avetisyan ailəsinin 6 üzvünü güllələyib, azyaşlı uşağı süngü ilə vurub.

Yeddi gün boyunca həkimlər altıaylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, o, yanvarın 19-da vəfat edib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.



Bu gün “Jamanak” qəzeti yazıb ki, məhkəmənin keçirilməsi barədə razılıq Ermənistan və Rusiyanın müvafiq strukturları arasında əldə olunub. İlkin məhkəmə iclası Gümrü şəhərində, Rusiya hərbi bazasının ərazisində keçiriləcək.

Rusiya tərəfi V.Permyakovun işi ilə bağlı yekun ittiham aktını açıqladıqdan sonra cinayət işi arasdırılma üçün Ermənistan tərəfinə təhvil veriləcək. Bu zaman məhkəmə iclası dayandırıla və Permyakov Ermənistan hüquq-mühafizə orqanlarının nəzarətinə keçə bilər.

Qəzetin yazdığına görə, Rusiya tərəfi məhkəmə prosesi başa çatandan sonra Valeri Permyakovun Ermənistan ərazisində cəzasını çəkməsinə razılıq verib. Amma Gümrüdə Avetisyan ailəsinin qətli haqqında açılan cinayət işi üzrə vəkilləri İstintaq Komitəsinə dəvət etməyiblər. Vəkil Yerem Sarkisyan bildirib ki, hazırda hadisə ilə bağlı toplanmış sənədlərin Rusiya tərəfindən tərcüməsi aparılır. İttiham edilən Valeri Permyakova gəlincə, o, Rusiya bazasındadır.



Ümumiyyətlə, son vaxtlar Ermənistanın Gümrü şəhərində bir gün ərzində Rusiya hərbi qulluqçularının iştirakı ilə iki hadisə törədilib. Bu, Gümrüdə ruslara qarşı nifrətin getdikcə artmasının göstəricisidir. Bu gərginlik bu ilin yanvarında Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi hissəsinin əsgəri Valeri Permyakovun 7 nəfərlik erməni ailəsini qətlə yetirdikdən sonra yaranıb. Amma cinayəti törətməkdə şübhəli bilinən Permyakov şok açıqlama verərək erməniləri öldürmədiyini bildirib.m

Görünür, bu məsələnin uzanması Ermənistanın kriminal rejiminə sərf edir.

Açar sözlər:

Oxunub: 923