“Bir vedrə buzlu su“ aksiyasının pulu hara getdi?


20:46     22 İyul 2015 als-buzlu-su-akim.jpg

2014-cü ilin ən çox haqqında danışılan mövzulardan biri "Bir vedrə buzlu su" oldu. Bəs yığılan pullar hara getdi?


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, ALS dərnəyi bu barədə açıqlama verib. Bir çox məşhur insanların da qoşulduğu kampaniya qısa müddətdə böyük səs gətirdi.

Kampaniyaya qoşulanlar ya ölkəsində olan ALS dərnəyinə ianə bağışlamalı, ya da başından aşağı buzlu su tökməli idi. Həmin şəxsin özündən sonra dəvət etdiyi insan isə bu iki seçimdən birini 24 saat ərzində yerinə yetirməli idi. ALS dərnəyi səs gətirən bu kampaniyada yığılan pulların məbləğini açıqlayıb.

Məlum olub ki, cəmi 115 milyon dollar pul yığılıb. Bu məbləğin 77 milyon dolları, yəni 66 %-i ALS-nin tədqiqatları üçün istifadə olunub. Geri qalan məbləğ isə texniki təchizat və xəstələrə xərclənilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1686