Müəllimlər iş yerlərini dəyişə bilərlər - Bakıda


20:36     22 Aprel 2015 33.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər 23.04.2015-ci il tarixindən 01.05.2015-ci il tarixinədək məlumata əlavə olunmuş müvafiq ərizə formasını dolduraraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər.

Yerdəyişmə üçün ərizə verən müəllim təqdim olunmuş vakant yerlərdən maksimum 3 (üç) yer seçə bilər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

1. İşlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir).
2. Əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir).
3. Şəxsiyyət vəsiqəsinin surəti.
4. Diplomun surəti.

Ərizə forması

http://bakuedu.gov.az/medicine/uploads/files/Ərizə%20forması.pdf

Vakant yerlər barədə məlumat

http://bakuedu.gov.az/medicine/uploads/files/Vakant%20yerlər%20barədə%20məlumat.pdf

Femida.az

Açar sözlər:

Oxunub: 552