Ermənistan müdafiə naziri Azərbaycanla sərhəddə


00:51     23 İyul 2015 41491.jpg


Bu gün Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycanla sərhədin cənub-qərb istiqamətinə gəlib.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyan Ermənistan ordusunun ön xəttəki mövqelərinə baş çəkib, operativ vəziyyətlə tanış olub.

Yüksək rütbəli komandirlərlə bir sıra məsələləri müzakirə edib.

Xatırladaq ki, son günlər Ermənistan ordusunun təmas xəttində atəşkəsi daha intensiv şəkildə pozması və daha iriçaplı silahlardan istifadə etməsi müşahidə olunur.

Açar sözlər:

Oxunub: 1264