2 polis başından vuruldu


22:51     22 İyul 2015 sanliurfa-da-2-polis-sehit-edildi-7529369_1143_m.jpg

Türkiyənin Şanlıurfa valisi İzzəddin Küçük 2 polis məmurunun evlərində ölü tapıldığını bildirib.


Femida.az xəbər verir ki, vali jurnalistlərə verdiyi açıqlamasında polislərin işə gəlmədiyini, bundan sonra onların axtarıldığını deyib.

Polislərin evlərində başlarından silahla vurulmuş halda tapıldığını deyən vali araşdırmaya başladıqlarını qeyd edib.

Polislərdən birinin terrorla mübarizə, digərinin isə xüsusi təyinatlı polis dəstəsində çalışdığı açıqlanıb.

Açar sözlər:

Oxunub: 1054