Ali məktəblərlə bağlı - DƏYİŞİKLİK


20:56     22 Aprel 2015 mekteb.jpg

Artur Rasizadə qərar verib.

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

Femida.az xəbər verir ki, bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Qərara əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edəcək.

Bundan başqa, dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək (bu müddət indiyədək aprelin 1-dək idi) Təhsil Nazirliyinə təqdim ediləcək.

Qərarda o da bildirilir ki, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı rezidenturaya da şamil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 628