Heydər Camal Qazaxıstanda dəfn olunacaq - Yenilənib


20:35     05 Dekabr 2016 heyder%20cama.jpg

Bu gecə vəfat etmiş ictimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı filosof Heydər Camal Qazaxıstanın Almatı şəhərində dəfn ediləcək.


Femida.az xəbər verir ki, bu barədə mərhumun “Facebook” səhifəsində yer alan məlumatda bildirilir.

Dəfn mərasimi dekabrın 6-da saat 11:00-da Almatı şəhərində yerləşən "Kensay-2" qəbiristanlığında keçiriləcək.

***

İctimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal vəfat edib.

Femida.az -ın məlumatına görə, bu barədə onun sosial şəbəkələrdəki səhifələrində xəbər yerləşdirilib.

"Bazar günündən bazar ertəsinə keçən gecə Heydər Camal yer üzündəki yolunu başa vurdu. Qoy Allah onu cənnətinə qəbul eləsin. Biz hamının yalnız Ona qayıdacağıq", - deyə məlumatda bildirilir.

H. Camalın vəfatı haqqında digər təfərrüatlar yoxdur.

Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal dəfələrlə birmənalı qəbul edilməyən bəyanatlarla çıxış edib. Bəzi çıxışlarında o, terrorçu-kamikadzelərin əməllərini dolayısı olaraq təqdir edib.

O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1647