ABŞ-da atışma: ölənlər var


14:22     23 İyul 2015 435035.jpg

ABŞ-ın Atlanta şəhəri ərazisindəki evlərin birində baş vermiş atışma zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.


APA-nın məlumatına görə, bu barədə Associated Press yerli polis rəhbərinə məlumat verib.

Məlumata görə, polis hadisə yerinə gəldikdə 3 ölü və 2 yaralı şəxsi aşkarlayıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.

Polis əməkdaşları məhz sağ qalan şəxsin atəş açdığını ehtimal edir. Onun əvvəllər bir neçə dəfə həbs olunduğu qeyd edilir.

Açar sözlər:

Oxunub: 924