İki gəmi toqquşdu, ölənlər var (FOTO)


15:13     23 İyul 2015 95512.jpg


Nil çayında faciə yaşandı. Femida.az-ın məlumatına görə, çayda iki gəmi toqquşub. Toqquşanlar yek və sərnişin gəmisi olub. Hadisə Misirin paytaxtı Qahirənin şimalında qeydə alınıb.

Femida.az-ın məlumatına görə, qəza zamanı azı 19 nəfər ölüb. Onlardan ikisinin uşaq olduğu bildirilir.

Misir polisi yük gəmisinin kapitanını və onun köməkçisini həbs edib. Ölkənin Daxili İşlər Nazirliyinin "Facebook" səhifəsində hadisə ilə bağlı açıqlama yerləşdirilib. Açıqlamada bildirilir ki, sərnişin gəmisində 25 sərnişin olub. Onların çoxu uşaq idi. Sərnişinlərdən ancaq altı nəfər xilas ola bilib.

Dörd nəfərin axtarışları isə hələ də davam edir.

Açar sözlər:

Oxunub: 1001