Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verdi


22:40     07 Dekabr 2016 cahangir-hac-yev3.jpg

"Beynəlxalq Bank"ın sabiq rəhbəri Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verib.



Femida.az -ın məlumatına görə, Baş Prokurorluğun onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edən Cahangir Hacıyevin şikayətinə dekabrın 14-də Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov baxacaq.

Qeyd edək ki,Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəsinin hökmünə əsasən mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib.


Açar sözlər:

Oxunub: 1874