Keniya Obamanı gözləyir


17:55     23 İyul 2015 1016701947.jpg

ABŞ Prezidenti Barak Obama, ata yurdu Keniya ilə Efiopiya səfər edəcək. Bununla yanaşı Obama Afrika turnesi çərçivəsində “Afrika Birliyi”nə də müraciət edəcək.


Femida.az xəbər verir ki, bu barədə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bildirib. Onun sözlərinə görə, prezident ailə iqamətgahına getməyi planlaşdırmır, sadəcə, Keniyaya səfəri zamanı rəsmi tədbirlərin birində qohumları ilə görüşməyi planlaşdırır.

Bu səfər Barak Obamanın prezident kimi atasının vətəni Keniyaya ilk səfəri olacaq. O, daha əvvəl Keniyanı ABŞ sentoru ikən ziyarət etmişdi. Xatırladaq ki, daha əvvəl ABŞ prezidentinin Koqelo kəndində yaşayan ailə üzvləri ilə görüşməkdən imtina etməsi barədə xəbərlər yayılmışdı.

ABŞ dövlət başçısı Efiopiyada hökumət rəsmiləri və Avropa Birliyinin liderləri ilə görüşlər keçirəcək, eləcə də 2015-Qlobal Sahibkarlıq Sammitinə qatılacaq.

Ağ Evin mətbuat katibi Coş Ernestin bildirdiyinə görə, prezidentin səfəri iqtisadi artım, demokratik təsisatlar və həyat standartlarının artırılması məqsədi daşıyır.

Qeyd edək ki, Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1077