Türkiyədən İŞİD-ə qarşı 1 milyard dollarlıq plan


16:31     23 İyul 2015 isiiidd.Jpeg

Suriya sərhədində İŞİD və PYD-nin fəallaşması ilə Türkiyə dəyəri 1 milyard
dollar olan təhlükəsizlik sistemi qurmağa hazırlaşır.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İŞİD və PYD-dən gələcək təhlükənin qarşısını almaq üçün yeni sərhəd güvənlik sistemi quraşdıracaq.

Əldə edilən məlumatlara görə, quraşdırılacaq yeni sistemin maliyyəti 1 milyard dollar təşkil edir.

Yeni sistem 911 km-lik ərazini əhatə edəcək...

Yeni sistemin quraşdırılması ilə Suriya ilə sərhəd xətti 24 saat ərzində havadan, qurudan müşahidə ediləcək. Türkiyə ilə Suriya arasındakı 911 km- lik sərhədd xətti bu sistemin qurulması ilə daha effektiv qorunacaq.

Ceyhun Əhmədli
Femida.az


Açar sözlər:

Oxunub: 1186