Vatikan qərar verdi


22:30     22 Aprel 2015 papuli2.jpg

Vatikan nümayəndəsi Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı Türkiyədəki təntənəli mərasimlərə qatılmayacaq.

Bu barədə “Einnes” xəbər aqreqatoru “Hurriyet” nəşrinin Vatikanın Ankaradakı nümayəndəliyinə istinadən xəbər yaydığını bildirib.

Səfirliyin nümayəndəsi bunu Roma Papasının təmsilçisinin “özünü yaxşı hiss etməməsi” ilə izah edib.

Xatırladaq ki, Roma Papası 1-ci Frensisk məlum bəyanatında Osmanlı Türkiyəsində 1915-ci illərdə ermənilərin öldürülməsini XX əsrin “ilk soyqırımı” adlandırandan sonra Türkiyə Vatikandakı səfirini dərhal geri çağırmışdı.

İstisna deyil ki, Vatikanın Çanaqqala yubileyi ilə bağlı öz mövqeyini dəyişməsi məhz bununla bağlıdır./Musavat.com/

Açar sözlər:

Oxunub: 383