Oğul atanın qulağını kəsdi - Goranboyda


03:17     24 İyul 2015 trend_ambulance_070309.jpg

Goranboy rayon, Ağamalıoğlu kənd sakini, 79 yaşlı Qələndər Şamiyev müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.


Femida.az xəbər verir ki, kənd sakininə qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi diaqnozu qoyulub.

Həkimlərin müdaxiləsindən sonar yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qələndər Şamiyevin oğlu tərəfindən döyüldüyü bildirilir. Onun ruhi xəstə olduğu deyilir.

Goranboy rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.

Açar sözlər:

Oxunub: 1535