Çində daşqın: - 1 milyona yaxın xəsarət alan var


21:18     23 İyul 2015 chine.jpg

Güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində Xunan (Mərkəzi Çin), Fuszyan (Şərqi Çin) və Quandun (Cənubi Çin) vilayətlərində 4 nəfər ölüb, daha 5 nəfər itkin düşüb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Mərkəzi Çin televiziyası xəbər verir ki, təbii fəlakət nəticəsində ümumilikdə 917,2 min insan xəsarət alıb, 151,4 min nəfər isə təxliyyə edilib.


Daşqınlar 3,2 min evin dağılmasına səbəb olub, 19,8 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Yerli hakimiyyət orqanları torpaq sürüşməsi, həmçinin torpaq və su anbarlarındakı bəndlərin dağılma təhlükəsi barədə xəbərdarlıq edib.

Açar sözlər:

Oxunub: 1036