Keşlə-Yalama elektrik qatarları bərpa edilir


02:39     24 İyul 2015 qatar2.jpg

“Azərbaycan Dəmir Yolları” QSC Keşlə-Yalama xəttində elektrik qatarlarının hərəkətinin bərpası ilə bağlı hazırlıq işləri görür.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O bildirib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunda əsaslı təmir işləri görülür: “Təmir işləri başa çatdıqdan və Bakı-Sumqayıt xətti istismara verildikdən sonra Keşlə-Yalama xəttində qatarların hərəkət qrafiki müəyyənləşəcək".

N.Əzməmmədov qeyd edib ki, bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Riqada hər biri 4 vaqondan ibarət 5 elektrik qatarı almaq niyyətindədir: "Onlardan 3-ü artıq Bakıdadır: qatarlar texniki baxışdan və sınaqdan keçirilir. Daha 2-si sonra gələcək. Keşlə-Yalama marşrutu üzrə tariflərdə dəyişiklik olmayacaq”.

Açar sözlər:

Oxunub: 820


Oxşar xəbərlər