Putin Berluskonini nazir gətirir


23:54     23 İyul 2015 putin-offers-berlusconi-escape-route.jpg

Rusiya Prezidenti Vladimir Putin İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə vətəndaşlıq və nazir postu təklif edib.


Femida.az xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti yazıb. Berluskoni Romadakı “Consolini” restoranında İrəli İtaliya Partiyasının üzvləri ilə görüşdə Putinin ona vətəndaşlıq və iqtisadiyyat naziri postunu təklif etdiyini deyib.

Qeyd edək ki, Neapol məhkəməsi İtaliyanın sabiq baş naziri Silvio Berluskonini senatorlara rüşvət verilməsi işinə görə 3 il müddətinə azadlıqdan məhrum edib.

Açar sözlər:

Oxunub: 1230