Nazirlik əlilləri istirahətə yolladı
00:11 24 İyul 2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkili məqsədilə görülən işlərin davamı kimi, 44 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, ƏƏSMN-nin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 830 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahəti xüsusi proqram əsasında təşkil edilir. Belə ki, istirahət müddətində onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları, viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar müalicəvi bədən tərbiyəsinə, müxtəlif fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.
Yola salınan əlilliyi olan şəxslər ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsinə, maddi və mənəvi təlabatlarının ödənilməsinə, eyni zamanda yaz-yay mövsümündə onların respublikanın səfalı bölgələrində mənalı istirahətinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Oxunub: 812
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı