“Avropa İttifaqının Azərbaycana ehtiyacı var”


02:19     24 İyul 2015 7H4S6C7E5P-7575.jpg

“Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri onu göstərir ki, Azərbaycan Avropa İttifaqının xarici siyasətində həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərdə mühüm yer tutur və Avropa İttifaqı bu regionda Azərbaycansız bir şey əldə edə bilməz. Femida.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.


O, qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan ölkədir: “Bu səfər sübut etdi ki, Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir”.

M.Quliyev vurğulayıb ki, Avropa İttifaqı ilə əməkdaşlıqda Azərbaycanın bir sıra gözləntiləri var: “Bunlar Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, milli maraqların qorunmasıdır. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycanın region ölkələri ilə yaxşı münasibətləri Avropa İttifaqının əleyhinə deyil. Ona görə də hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanın maraqlarını nəzərə almalıdır”.

Millət vəkilinin sözlərinə görə, əgər həmin maraqlar nəzərə alınmasa, Avropa İttifaqı bundan qazanmaz.

Açar sözlər:

Oxunub: 1040