Prezident 3 ay vaxt verdi
03:41 24 İyul 2015
Azərbaycan Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında Əsasnamə” və “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Oxunub: 2288
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI