Məktəblilərin WhatsApp cinayəti - VİDEO


23:19     22 Aprel 2015 rtybagysud.png

Sosial şəbəkələrdə gedən mübahisə qanlı sonluqla nəticələnib. Hadisəni törədən və yaralanan Bakı məktəblərindən birinin 11-ci sinif şagirdləridir.

Bakının Nizami rayonunda sosial şəbəkədə başlayan söhbət qanla bitib. Ən dəhşətlisi odur ki, baş verən cinayətin iştirakçıları orta məktəb şagirdləridir.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıda yerləşən 238 saylı orta məktəbin 11-ci sinif şagirdləri Elvin Muradovla Rövşən Şahmarovun sosial şəbəkədə mübahisələri düşüb. WhatsAPP sosial şəbəkəsində bir-birini söyən şagirdlər, ardınca gecə saat 1-də görüş təyin ediblər. Rövşən özü ilə bıçaq da götürüb və elə görüşən kimi bıçaqla Elvini yaralayıb.

Məktəbin əməkdaşı: "Vurulan universitetə hazırlaşırdı. Vuran isə çətin tərbiyyə olunan uşaqdır. Hər sinifdə belə uşaqlarımız var. Valideyn nəzarətindən kənarda qalmış uşaqlardır"

Nizami RPİ 25-ci polis bölməsi əməkdaşları tərəfindən Rövşən Şahmarov tutulub. Faktla bağlı cinayət işi başlanıb. (Region TV)

Açar sözlər:

Oxunub: 609