Qusarda iki minik maşını toqquşub


06:00     24 İyul 2015 ce3db06ee32a2a9f249302a299bb18b8.jpg

İyunun 23-ü axşam saatlarında Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində qeydə alınıb.

VAZ 2107 markalı minik maşını ilə VAZ 21011 markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki nəfər, VAZ 2107-nin sürücüsü, Qusar rayon sakini, 1965-ci il təvəllüdlü Hüseynov Murad Həbib oğlu və VAZ 21011-in sürücüsü, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hacıyev Eduard Fərzəli oğlunun müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 929