İŞİD-ə ağır zərbə - 20 komandir öldürüldü


23:04     15 Dekabr 2016 amerika_savas_ucaklari_isidi_vurdu_h14205.jpg

İraq Müdafiə Nazirliyi Mosulun qərbində 50 İŞİD terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.


Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, İraq Hava Qüvvələrinə aid qırıcı təyyarələr Mosulun qərbində yerləşən Təl Əbtə şəhərinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində 20-si komandir olmaqla 50 İŞİD terror təşkilatı üzvü zərərsizləşdirilib.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında İŞİD tərəfindən işğal edilən Mosulun azad edilməsi üçün 17 oktyabr tarixində əməliyyat başladılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2466