“Şahmatın Vüqarı “ - Doğum günü


14:38     24 İyul 2015 vugar_gashimov_130114.jpg


Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür.

Femida.az xəbər verir ki, Vüqar 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.


O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.

2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı). Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi.

Vüqar Həşimov xəstəliyi ilə əlaqədar Almaniyada müalicə kursunu başa çatdırmaq üzrə idi və 2014-cü ildə onun yarışlarda iştirakı gözlənilirdi. Lakin şahmatçı beyində bədxassəli şişlə əlaqədar 2014-cü il yanvarın 11-də dünyasını dəyişdi.

Allah rəhmət eləsin.

Açar sözlər:

Oxunub: 902