Türkiyə Əfqanıstana qadın polislər hazırlayır


15:27     24 İyul 2015 afgan-kadin-polis-600x320.jpg

Əfqan qadın polisləri Türkiyədə təhsil almağa başlayıblar.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə Türkiyə və Əfqanıstan arasında protokol imzalanıb. Protokol çərçivəsində Türkiyəyə gələn 323 əfqan qadın ölkələrində asayişi təmin etmək məqsədilə Sivas Polis Ali Peşə texnikumunda təhsil alacaqlar.

Qeyd edək ki, iki ölkə arasında imzalanan protokol çərçivəsində bu günə qədər 2264 əfqan polis təhsil alaraq məzun olub.

Femida.az Türkiyədə təhsil alan əfqan qadın polislərin görüntülərini təqdim edir:

















Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1575