Erməni lider: “Türkiyə bu ittihamlara layiq deyil”


14:34     23 Aprel 2015 bedros.jpg

“Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Türkiyədəki milli azlıqlara qeyri-mümkün sayılan hüquqlar verilib”.

Femida.az bildirir ki, bu açıqlama ilə Türkiyə erməni camaatının sədri Bedros Şirinoğlu çıxış edib. O, 1915-ci il hadisələrini tarixçilərin həll etməli olduğunu bildirib:

“Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Türkiyədəki milli azlıqlara qeyri-mümkün sayılan hüquqlar verilib. Bizlərə bu qədər yaxşılıqlar edilib. Türkiyə bu cür ağır ittihamlara layiq deyil. Mən Türkiyə vətəndaşıyam və ölkəmin bütövlüyünü istəyirəm. 1915-ci il hadisələri Osmanlı dövlətinin iki xalqı ermənilər və müsəlman türklər arasında baş verib. O zaman hər iki tərəf də pis niyyətli insanlara, böyük dövlətlərə alət oldu. Bu hələ də davam edir. Əgər müstəqil tarixçilər və iki ölkənin rəsmiləri bir araya gələrsə, bu problemlər qısa zamanda həll ediləcək. Lakin üçüncü tərəf bu məsələyə müdaxilə etməməlidir. Çünki zamanında müdaxilə etdikləri üçün bu hadisələr baş verdi”.

Mənbə: Axar.az

Açar sözlər:

Oxunub: 402