“Onların əmlakına həbs qoyula bilər” – HÜQUQİ YARDIM


19:25     24 İyul 2015 sud3.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Sahibinin xəbəri olmadan avtomobilinə həbs qoyula bilərmi?
Bu, hansı qanunla tənzimlənir?

Hüquqşünas Məhərrəməli Həmidov :


“ Əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir.

Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsində Əmlak üzərinə həbs qoyulması qaydasında qeyd olunub:

251.1. Əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəndiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur.

251.2. Müstəndiq və ya icra məmuru əmlakın mülkiyyətçisinə və ya sahibinə əmlak üzərinə həbs qoyulması haqqında qərarı onlara təqdim edir və emlakın verilməsini tələb edir. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə əmlak uzerine hebs mecburi qaydada qoyulur. Emlakin mulkiyyətcisi və ya sahibi tərəfindən gizlədiyini güman etməyə əsas olduqda müvafiq qərar esasında müstəndiq axtarış apara bilər.

251.3.Təqsirləndirilən şəxsin əmlakı üzərinə həbs qoyulmasında, onun müdafiəçisinin iştirak etmək hüququ var. 251.6. Əmlak üzərinə həbs qoyulması Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş ardıcılıqla keçirilir. Əmlak üzerinə həbs qoyulmasında iştirak edən əmlak mülkiyyətçisi və ya sahibi qərarda göstərilən məbleğin ödənilməsini təmin etmək üçün , ilk növbədə, hansı əşyalar üzərinə həbs qoyulmasını müəyyən etmək hüququna malikdir. Beləliklə, məhkəmə avtomobilin üzərinə həbs qoyulması barədə iddiaçının vəsatətinə tərəflərin iştirakı olmadan baxır. Lakin qərardadı dərhal göndərməklə həmin şəxsi məlumatlandırır. Qərardadda şikayət verilmə müddəti qeyd olunur.”

Hüquqşünas Nicat İsmixanov :

“Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.(İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 50.2 maddəsi) .

Nəzərə alınmalıdır ki, əmlkaın üzərinə həbs qoymaq məcburi icra tədbiri hesab edilir və könüllü icra üçün borclu bu barədə məlumatlandırdıqdan eyni zamanda icranın könüllük icra etməməməsinin doğuracağı nətəciləri qeyd edildikdən sonra həyata keçirilmiş olur. Bu baxımdan da. borclunun məlumatlandırılmaması baradə arqumentləri qanunun tələblərini bilməməkdən irəli gəlir və əsassızdır.”

Vəkil Loğman Abdullayev :

“Məhkəməyə iddia icraatı qaydasında ərizə daxil olar.İddiaçı iddianın təmini tədbiri kimi avtomobilə həbs qoyulmasını xahiş edər. Bu zaman iddia ərizəsinin surəti və məhkəmənin vaxtı və yeri barədə bildirişi almayan cavabdehin də əmlakına həbs qoyula bilər.”

P.S.Əgər sizin də hüquqla bağlı hər hansı probleminiz varsa bizə müraciət edin.
Dəstəyə görə “Hüquqşünaslar qrupuna təşəkkürümüzü bildiririk.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6377


Oxşar xəbərlər