Nardaranda silah-sursat tapılıb


16:01     17 Dekabr 2016 silah%20sursat4.JPG

Nardaran sakininin gizlətdiyi silah-sursat tapılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib. Həmin silah-sursat basdırıldığı yerdən çıxarılaraq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1086