Əmək müqaviləsinin məzmunu necə olmalıdır?


13:46     23 Dekabr 2016 913c69d9-0d82-4087-ad44-bf7023c665a8.jpg

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.


Əmək müqaviləsində mütləq bu əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;

İşəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; işçinin iş yeri, vəzifəsi (peşəsi);

Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;

Əmək müqaviləsinin müddəti;

İşçinin əmək funksiyası;

İşçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;

İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;

Tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

İşçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

Femida.az

Açar sözlər:

Oxunub: 2151