Kəmaləddin Heydərov biləsuvarlılarla görüşüb


16:01     26 Dekabr 2016 MTU3ZTlhNzE4MGNhM2U2.jpg

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 26-da Biləsuvarda vətəndaşları qəbul edib.


Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Şirvən şəhər, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq strukturları rəhbərlərinin də qatıldıqları qəbul zamanı K. Heydərova edilən müraciətlərə müxtəlif məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə də bağlı nazirə müraciət ediblər. Bütün müraciətlərə həssaslıqla yanaşılıb.

FHN-nin səlahiyyətinə aid olmayan məsələlərin əlaqədar təşkilatlara çatdırılmasından ötrü onlar nəzarətə götürülüb.

Kadr və digər məsələlərlə bağlı 100-ə yaxın vətəndaş nazir müavinləri və FHN-nin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 655