Taleh Bağırova ömürlük həbs istənildi - Məhkəmədən


17:22     26 Dekabr 2016 taleh%20bagirzade%20pl.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədən təqsirləndirilən Abbas Hüseynovun 20 , Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyevin 15, Zakir Mustafayevin 15, Cahad Babakişizadənin 15, Aqil Quliyevin 15, Abbas Quliyevin 15, İbrahim Xudaverdiyevin 15, Etibar İsmayılovun 15, Bəhruz Quliyevin 15, Əli Nuriyevin 15, Əlibala Vəliyevin 15, Fərhad Balayevin 15, Abbas Tağıyevin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses yanvarın 9-da davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1672