Bakı katoliklərin cənnətinə döndü - Kilsədən VİDEOREPORTAJ


20:30     26 Dekabr 2016 esas8.JPG

Dünya katolikləri Milad bayramını qeyd edib. Azərbaycanda
yaşayan katoliklər də burada öz dini ayinlərini icra etmək üçün “Bakirə Müqəddəs Məryəm” Katolik Kilsəsinə toplaşıblar.


Femida.az Katolik Kilsəsindən reportajı təqdim edir:





Artıq səhər saatlarıdır. Biz Məryəm Ana kilsəsindəyik. Kilsəyə daxil olduğumuz anda bizi keşiş Vladimir qarşılayır. O, Azərbaycanda katoliklərə yaradılan şəraitdən və Azərbaycanın necə tolerant ölkə olmasından danışır:





“Biz Bakirə Məryəm katolik kilsəsindəyik. Mənim adım Vladimirdir. Bu kilsədə çalışıram. Bu gün bizim böyük bayramımızdı. 200- il bundan əvvəl İsa peyğəmbər, Allahın oğlu insan oldu və bizdən biri kimi yaşadı. Bu ölkədə mən bir dəfə də olsun rasstlaşmamışam ki, kimsə mənə desin ki, sən katoliksən. Əksinə, insanlar mənə qarşı çox mehribandırlar. Onlar kilsəyə gəlir və istəsələr xristianlığı da qəbul edə bilərlər.”


Kilsənin keşişi ilə tanışlıqdan sonra dini ayini icra edənlərlə tanışlığa başladıq. Onlardan Azərbaycanda dini tolerantlığın hansı səviyyədə olması ilə bağlı maraqlanırıq. İlk müsahibim Mayevski Zabilnadır. Onun babası əsrin əvvəlində Bakıya gələn palyaklardır.Özü Bakıda doğulub.







“Babam Bakıya keçən əsrin əvvəlində gəlib. Özü də neftçi işləyirdi. Nənəmin çox uşağı var idi, Özü də papaqçı peşəsini seçmişdi. Mənim anam 55 il həkim işləyib, özümsə musiqiçiyəm, akkordion dərsi verirdim. Bu böyük xoşbəxtlikdi. Bu cür tolerant sevimli , Azərbaycanımızda katolik kilsəsi var . Prezidentimizə İlham Əliyevə təşşəkürümü bildirirəm ki, bu kimi kilsəmiz var. Biz çox xoşbəxtik k, bu gözəl ölkədə yaşayırıq.”


Artıq saat 11:00-u göstərir. Kilsəyə gələnlərin sayı getdikcə artır. Burada müxtəlif ölkənin millətindən olan insanlara rast gəlmək olur. Hindistandan gələn gənc Azərbaycan haqqında fikirlərini bizimlə bölüşür:





“Azərbaycan çox tolerant ölkədir. İnsanlar azad şəkildə bura gələ bilir və xoş vaxt keçirə bilirlər. Azərbaycan azad ölkədir. 10 gündür ki, burdayam. İnsanlar mənə qarşı çox mehribandırlar. İstədiyim yerə sərbəst şəkildə gedə bilirəm. Mənə gedəcəyim yerləri tapmağa kömək edirlər. Burada qeyri-tolerantlıq yoxdur. Azərbaycan haqqında təəssüratım əladır. Son 10 gündə gözəl yerlərdə olmuşam.”



Filippindən olan katolik






“Biz dini ayinlərimizi icra edərkən qonşularımıza və ətrafımızda olan insanlara sevgimizi ötürürük. Azərbaycanda insanlar çox yaxşıdırlar və dostcanlıdırlar. Onlar bizim dini inanclarımıza hörmətlə yanaşırlar. Azərbaycan sakit ölkədir. Burada yaşamağı çox sevirəm. Biz mağazalara gedərkən insanlar bizi gülərüzlə qarşılayırlar.”



Kamerondan gələn gənc Azərbaycan dövlətinə yaradılan şəraitə görə minnətdarlığını bildirir:





“Mən Kamerondan gəlmişəm. Azərbaycanı salamlayıram. İndi Azərbaycanda Katolik Kilsəsindəyəm. Bura ibadətə gəlmişəm. Azərbaycanda tolerantlıqla bağlı danışmaq istəyirəm. Azərbaycan müxtəlif ölkələrdən olan insanları qəbul edən,onların dinininə və mədəniyyətinə hörmət edən ölkədir. Müsəlman və xristian olmağından asılı olmayaraq Azərbaycan ibadət etmək üçün yaxşı ölkədir. Biz hamımız tanrıya xidmət edirik. Bu baxımdan Azərbaycan tolerant ölkədir.Burada olan müsəlmanlar xristianların tanrıya ibadət etməsinə və tanrı barəsində danışmasına hörmətlə yanaşır. Azərbaycan maraqlı və mehriban insanların yaşadığı sakit ölkədir.Burada olmağımdan məmnunam və belə bir ölkə üçün Azərbaycan hökümətinə və Prezidentə minnətdaram.”

Kanadadan olan xanım fikirlərini bölüşür:






“Salam, mən Kanadadan gəlmişəm. Roma katolikiyəm.Hər bazar günü burada ibadət edirəm.”

Filippindən gələn katoliklər :


“Mən Filippindən gəlmişəm. 3 ildir ki, Bakıda yaşayıram. Azərbaycan yaxşı ölkədir. Burada insanlar hər dinə hörmətlə yanaşır. Roman Katolikiyəm. Mən gördüyüm qədəri bu ölkədə müsəlmanlar və xristianlar bir-birinə hörmətlə yanaşır.”








“Salam. Mən, Filippindənəm. Buraya dini ayini icra etməyə gəlmişəm. Öz müdirimə burada olmaq şansı yaratdığı üçün minnətdaram. Azərbaycan Prezidentinə və Birinci xanıma Filippin və digər cəmiyyətlər üçün yaradılan şəraitə görə təşəkkür edirəm.Azərbaycan çox mehriban ölkədir. “
Müxtəlif ölkələrdən gələn katoliklərlə tanışlıqdan sonra dini ayinlərin necə icra olunmasını izləyirik.

Bir məqamı da qeyd etməyi lazım bilirəm. İnsanların təhlükəsizliyi də yüksək səviyyədə qorunurdu. Bu xüsusilə xarici ölkədən gələnlərin diqqətini cəlb edən məqam idi.








Müxbir: Miri Məcidli
Operator: Əhməd Xəlilov
Tərcümə: Leyla Cabbarzadə və Balifa Baxşıyeva
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər:

Oxunub: 7690