Azərbaycanda yaşayış minimumu artırılıb


23:22     26 Dekabr 2016 1420399378_pul-manat-cenubnews.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib.

Müvafiq qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1019