Yəməndə müvəqqəti atəşkəs elan olunub


14:55     26 İyul 2015 1431496195.jpg

Səudiyyə Ərəbistanı başda olmaqla üsyançı husilərə qarşı əməliyyat aparan beynəlxalq koalisiya qüvvələrinin üzvləri 5 günlük atəşkəs elan ediblər.


Razılaşmaya əsəsən, atəşkəs şənbə günü yerli vaxtla saat 23:59-da qüvvəyə minib. Bu möhlət sakinlərə humanitar yardım çatdırmaq üçün istifadə olunacaq.

Bununla belə koalisiya qüvvələri, atəşkəs rejimini pozmaq cəhdlərinin cavabsız qalmayacağını vəd ediblər. İyun ayında tərəflər arasında BMT vasitəçiliyilə 6 günlük atəşkəs elan olunmuşdur.
Ötən həftə strateji Bab əl-Məndəb boğazının üstündə yerləşən Ədən şəhərinin kənar rayonlarında döyüşlər davam edib. İnformasiya agentlikləri husilərin hücumu nəticəsində onlarla dinc sakinin həlak olduğunu bildirirlər.
Yəməndə silahlı münaqişə bir ildən artıqdır ki, davam edir. Şiəliyin Zeydi təriqətinə aid şimallı husilər Səudiyyənin dəstəklədiyi prezidenti devirdikdən sonra vəziyyət gərginləşib.

Yəmən böhranı: Kim kimlə vuruşur?

Yəmən husilər, sünni tayfaları, Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri, İran, habelə İslam Dövləti təşkilatı arasındakı qarşıdurma nəticəsində getdikcə daha çox zorakılıq meydanına çevrilməkdədir.
Husilərə qarşı hava kampaniyası aparan Səudiyyə Ərəbistanı iddia edir ki, husilərə onun regional rəqibi olan İran dəstək verir. Tehran bu ittihamı rədd edir.

Yəmən İran-Səudiyyə müharibəsinin meydanına çevrilir?

Yoxsul, lakin strateji əhəmiyyətə malik Yəməndə hakimiyyət uğrunda çəkişmələr bütün region üçün ciddi nəticələrə, Qərb üçün isə təhlükəsizlik problemlərinə gətirib çıxara bilər.

Açar sözlər:

Oxunub: 1226