Hüquqşünaslar Femida.az-ı təbrik edib


13:00     31 Dekabr 2016 sahib%20m%20esas%20(1)5.jpg

Azərbaycanın tanınmış hüquqşünasları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Femida.az saytını təbrik edib.


Həmin təbrikləri oxuculara təqdim edirik.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti hüquqşünas Əliməmməd Nuriyev:

“Femida.az-ın fəaliyyəti hüquqi biliklərin təbliği və təşviqinə, ayrı-ayrı məsələlər üzrə hüquqi şərhlərin alınmasına fokuslanıb. Ölkəmizdə bu istiqamətlər üzrə formalaşmış saytlara ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hüquqi məsələlərlə bağlı müəyyən problemlər var, daha dəqiq desək, hüquqi nehilizm mövcuddur. İnsanlar bir çox hallarda öz hüquqlarını bilmir. Buna görə də Femida.az bu istiqamətdə olan boşluqların aradan qaldırılmasına töhfə verəcək saytdır. Hər zaman bu saytın səhifələrində peşəkar hüquqşünasların fikirlərini, müsahibələrini, şərhlərini görürük. Bu isə insanların hüquqi maariflənməsinə çox önəmli töhfələr verir. Ümid edirəm və inanıram ki, Femida.az bu istiqamətdə fəaliyyətini davam etdirəcək və daha da genişləndirəcək. Bayramınız mübarək olsun!”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov:

“Femida.az barədə ancaq xoş sözlər deyə bilərəm. Bu qədər KİV, xüsusən elektron KİV-in mövcud olduğu bir şəraitdə tez bir zamanda öz yerini tutmaq, öz dəst-xətti ilə hamısından fərqlənmək asan iş deyildi. Femidaçılar bunu bacardı. Ölkənin hüquq ictimaiyyəti ilə yanaşı bu sayt digər peşə sahibləri üçün də maraqlıdır. Hüquqi maarifləndirmə, ölkənin qanunvericilik həyatında baş verən yeniliklər barədə ən təfsilatlı məlumatları da bu saytdan alırıq. İli uğurla başa vurmağınız münasibəti ilə təbrik edirəm. Yeni ilinizi təbrik edirəm. Yeni ildə yeni layihələrinizin olacağını gözləyirəm”.

Hüquqşünas Nicat Gözəlov:

“Azərbaycanda hüquqi maarifləndirmə ilə bağlı yeganə iş görən media qurumu Femida.az saytıdır. Bu sayt obyektivlik prinsiplərinə həmişə sadiq qalıb və heç vaxt kiməsə sığınmaq xatirinə hansısa iş görməyib. İnsanlara hüquqlarını izah olunur, onlara hüquq çərçivəsində hərəkət etməli olduqlarını aşılanır. Femida.az-ın gördüyü işləri danmaq ədalətsizlik olar. Yeni ildə Femida.az-ın kollektivinə daha böyük uğurlar arzulayıram. Arzum budur ki, təkcə social şəbəkələrdə yox, daha geniş sferada fəaliyyət göstərəsiniz. Dünya azərbaycanlıların həmrəylik günü və Yeni iliniz mübarək!”

Vəkil Sadiq Əfəndiyev:

“Hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biri də cəmiyyət üzvlərinin hüquqi maarifləndirilməsi və onlarda olan sivil hüquqi təsəvvürlərin inkişaf etdirilməsidir. Bu cür çətin və şərəfli bir missiyanı üzərinə götürən femida.az saytı, danılmaz faktdır ki, fəaliyyətə başladığı qısa müdətdə öz işgüzar kollektivinin əməyi sayəsində ölkəmizin yüksək reytinqli hüquq portalı adını qazanmağa nail olmuşdur. Femida.az saytının kollektivini qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə təbrik edir, onlara növbəti qədəm qoyacağımız ildə daha yeni-yeni nailiyyətlər arzulayıram!”

Hüquqşünas Məhərrəməli Həmidov:

“Öz xəbərləri ilə hər kəsin rəğbətini qazanmış Femida.az saytını izləməmək mümkün deyil. Xüsusilə, Vüsal Məmmədovun rəhbərliyə keçməsi ilə sayta bir çox yeniliklər və əlavələr edildi. Onlardan biri də hüquqi məsələlərə yer ayırmaqla vətəndaşların problemlərinin həllində düzgün istiqamətin verilməsi məqsədilə onlara hüquqi yardımın göstərilməsi olmuşdur. Femida.az üçün 2016-ci il böyük bir kütlənin hüquqi mariflənməsi ilə yadda qaldı. Ümumiyyətlə, hüquqi cəmiyyətin inkişafında Femida.az-ın zəhməti danılmazdır. Belə ki, şahidi olduğum məsələlərdən biri haqqında danışmaq istəyirəm. Bir aztəminatlı ailənin problemi bu saytda işıqlandı və məsələ dərhal öz həllini tapdı. Təbii ki, bu femida.az saytının uğurudur. Bu, eyni zamanda, kimsəsiz bir ailənin imdadına çatmaqla xeyirxah əməldir. Növbəti illərdə Femida.az saytının daha da geniş imkanlara sahib olması hər kəsin arzusudur. Çünki bu saytdan xalqımız faydalanır və hüquqi yardım alır. Nailiyyətlərinizin davamını 2017-ci ildə də arzulayıram. Bayramınız mübarək!”

Vəkil Ruslan Vəliyev:

“Təbii ki, Femida.az saytı ilə əməkdaşlıq edən bir hüqüqşünas kimi mən də öz təbrikimi sizlərə ünvanlamaq istərdim. Əvvəla, qeyd edim ki, saytın yaradılması biz hüqüqşünaslar üçün gözəl bir hadisə oldu. Qısa zaman ərzində sayt hüququn ve qanunun təbliği üçün platforma rolunu oynadı. Saytda gündəmdə olan olaylarla yanaşı əhalini narahat edən məsələlərlə bağlı peşəkar hüquqşünaşların müsahibələri də yer alır. Bu səbəbdən də sizə bu şərəfli yolda uğurlar arzulayıram. Nəinki Azərbaycan məkanında, hətta bütün dünya internet məkanında "nömrə 1" olmağınızı arzulayıram. Həmçinin saytın bütün əməkdaşlarını qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tebrik edirem, möhkəm can sağlığı və yeni-yeni jurnalist uğurları arzulayıram”.

Vəkil Anar Qasımlı:

“Yola saldığımız 2016-cı ildə Femida.az-la səmərəli əməkdaşlığımız olub. Əgər məndən sizin barənizdə bir neçə kəlmə ilə fikrimi soruşsaydılar, peşəkarlıq, dürüstlük, qərəzsizlik, səmimi və mehriban kollektiv sözləri ilə portretinizi cızardım. Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə femidaçıları səmimi qəlbdən təbrik edir, qarşınıza qoyduğunuz ülvi məqsədlərə çatmaq yolunda bol-bol uğurlar arzulayıram. Əminəm ki, bu gedişlə Femida.az çox yaşayacaq. Sükanı belə saxlayın!”.

Vəkil Asif Abdullayev:

“Bütün Azərbaycan xalqını yeni il bayramı münasibəti ilə təbrik edirəm. Azərbaycanlılara uğurlar, can sağlığı və ruzi-bərəkət arzu edirəm. Arzu edirəm ki, 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də vətəndaşlarımız hüquqi maariflənməyə maraq göstərsinlər. Fürsətdən istifadə edərək, hüquqi maariflənmə işində xeyli zəhməti olan Femida.az kollektivinə də təşəkkürümü bildirirəm. İnanıram ki, növbəti ildə bu sayt öz faydalı missiyasını uğurla davam etdirəcək”.

Biz də kollektivimiz adından deyilən bu xoş sözlərə görə dəyərli hüquqşünaslarımıza dərindən təşəkkürlərimizi çatdırır və onlara gələcək fəaliyyətərində uğurlar arzulayırıq.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2966