Fotoqraf fotoaparatın kreditini ödəyə bilmədi - Özünü asdı
14:55 06 Yanvar 2017
Bakıda intihara cəhd olub.
Femida.az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N. Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N. Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 2283
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda