Ermənilərin Fərqanədə törətdiyi DƏHŞƏTLƏR


16:54     27 İyul 2015 ermmmmm8.jpg

Erməni daşnak millətçiləri müxtəlif illərdə Azərbaycanda qətliamlar törədiblər və bu bizim yaxın keçmişimizin ən qanlı və unudulmaz səhifələrindən biridir.


Zaman-zaman ermənilər yaratdıqları terror təşkilatlari kimlərəsə arxalanaraq öz çirkin niyyətlərini həyata keçiriblər. Təəssüf ki, ədalət və demokratiyanın məbədgahı kimi qəbul etdiyimiz Avropa və eləcə də dünya ictimaiyyəti indi də fəaliyyətini davam etdirən erməni terroruna lazımi qiymətini verməyib.

Erməni cəlladlarının əli təkcə Azərbaycan əhalisinin yox, həm də Türkiyə, Mərkəzi Asiya regionlarında yaşayan türk-müsəlman, habelə digər millətlərə mənsub günahsız insanların da qanına bulanıb.

İndiki türkdilli respublikaların sələfi sayılan Türküstan vilayəti qəsbkar erməni milliyyətçilərin törətdiklərinin şahidinə çevrilib. Həm Rus imperiyası, həm sovet hakimiyyəti dövrlərində öz çirkin məqsədlərinə nail olmaq üçün “sədaqət” göstərməyə çalışan ermənilər onlara isti yuva, yaşayış bəxş etmiş bu türk ellərinə qarşı xəyanətkar simasını göstərmişdi.



Ermənilər və Türküstan…

19-cu əsrin ikinci yarısında, o vaxtlar daha çox Rus və ya Qərbi Türküstan kimi tanınan Mərkəzi Asiyanın işğalı və Rus imperiyasına birləşdirilməsi prosesində erməni icmaları peyda olmağa başladı.

1917-ci ildə Rusiya imperiyasının sayəsində Türküstan ermənilərinin sayı xeyli dərəcədə artıb. Gələm ermənilər tədricən sənətkarlıqla məşğul olur və dükanlar açır, tikinti işlərinə baş vurur. Erməni tacirləri Rusiya ilə mal mübadiləsi həyata keçirirdi. Varlı ermənilərin isə pambıqtəmizləmə, yağ və digər müəssisələri var idi.
Sovet işğalı illərində sovetlərin öz məqsədləri üçün milliyyətçi “Daşnaksutün” təşkilatından istifadə etməsi erməni icmaları ilə Türküstanın yerli əhalisi arasında münasibətlərin gərginləşməsinə səbəb olurdu. Bu isə əvvəllər şərabçılıq, ticarət, dəllallıq, bərbərliklə məşğul olan şəxslərin birdən-birə “inqilabçıya” çevrilərək Türküstanın yerli əhalisinə qarşı qarət və hücumlar təşkil etməsi ilə əlaqədar idi.



Fərqanə sakinlərinə divan tutuldu…

1918-ci ildən etibarən 1919-cu ilə qədər daşnaklar tərəfindən Fərqanə vadisinin demək olar ki, bütün şəhərləri və 180 yaşayış məntəqəsi qarət olunmuş və məhv edilmişdi. Kokand şəhərində 3 gün ərzində 10, Margilanda 7, Əndicanda 6, Namanqanda 2, Bazarkurqanla Kokand arasında yerləşən ərazilərdə isə 4,5 mindən çox dinc sakin qətlə yetirilmişdi.

1918-ci ilin 13 fevralında Kokand və ətraf qışlaqların əhalisinə qarşı amansız soyqırım həyata keçirilmişdi. Daşnaklar üç gün ərzində sadəcə bədbəxtsizlikdən onların qarşılarına keçən bütün müsəlmanları öldürür, ev və dükanlarını qarət edirdilər.

Lakin Kokand muxtar vilayətinin özbək müdafiəçiləri ilə yanaşı, həm də Türküstan muxtariyyətinin müdafiəçiləri olan farslar, yəhudilər, hətta ruslar və onların azsaylı icmaları yaş və cins fərqi olmadan qəddarcasına qətlə yetirilmişdi.

Özbək və fars icmalarına nifrət bəsləyən ermənilər bu qətllərin əsas təşəbbüskarları idilər…

Sonradan Kokandın icma üzvləri olan və soyqırımda daha aktiv iştirak edən ermənilər özlərini müdafiə edərkən bildirmişdilər ki, onları bu cür qəddarlığa təhrik edən əsas səbəb məhz müsəlmanların cihad etməsi qorxusu idi.

Kokand vilayətinin dağıdılması və Birinci dünya müharibəsi dövründə əsir düşmüş, lakin kifayət qədər hərbi təcrübəyə malik macar, avstriyalı, almanlardan təşkil olunmuş Qızıl qvardiya tərəfindən Kokandı işğal etməsindən sonra erməni icmasının nümayəndələri, bir sözlə bütün bərbərlər, qəssablar, şərabçılar və alverçilər onlara qoşuldu.

Şəhər administrasiyasının həm vətəndaş, həm hərbi əhəmiyyətli əsas vəzifələri ermənilərin əlinə keçdi. Aktiv ermənilərin hamısı “Daşnaksutün”da birləşdirilmiş və öz qrup maraqlarını sərbəst şəkildə müdafiə etməyə davam etmişdilər.



1918-ci ilin iyununda Türküstanın Kommunist partiyasının ilk qurultayında daşnaklara diyarın inqilabi hərəkatındakı fəal iştirakına görə rəsmi formada təşəkkür bildirildi. Buna cavab olaraq “Daşnaksutün”un nümayəndəsi sovet hakimiyyətinin köməyinə gəlməyə hazır olduğunu ifadə etdi.

Eyni zamanda Türküstan Kompartiyasının qurultayı ilə yanaşı, Daşnaksutünun da qurultayı keçirilidi. Bu qurultayda ermənilərin sovet hökumətinin tərəfində olmasının vacibliyi bəyan edilmişdi. Bununla yanaşı, xüsusən qeyd edilirdi ki, bu nunla da ermənilər Türküstandakı diaspora və vətəni Ermənistanı düşmənlərdən qoruya bilərlər.



Əlbəttə, düşmən adı altında açıq şəkildə yalnız müsəlmanlar və türklər nəzərdə tutulurdu.

Məqalə özbək tarixçisi Şöhrət Barlasın araşdırması əsasında ərsəyə gətirilib.
Çevirəni: Rəşid Mustafazadə

Femida.az

Açar sözlər:

Oxunub: 3317