Türkiyədən şəhid xəbəri gəldi


00:11     07 Yanvar 2017 1440398928_sehid-turk.jpg


Türkiyənin cənub-şərqində yerləşən Şırnak vilayətinin Qabar dağı ərazisində təhlükəsizlik xidmətlərinin PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində iki türk hərbçi həlak olub.



Femida.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 4 nəfər yaralanıb. Yaralı hərbçilər Siirt Dövlət Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.

Açar sözlər:

Oxunub: 2249